Azərbaycana gətirilən avtomobillərin sayı 64% artıb

Azərbaycana gətirilən avtomobillərin sayı 64% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana ümumilikdə 5 662 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 208 ədəd avtomobil və ya 63,92% artıb.

Ölkəyə gətirilən avtomobillərin 134 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 874 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 603 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 51 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
668 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...