Mehriban Əliyeva yaralı zabitin müalicəsini üzərinə götürdü

Mehriban Əliyeva yaralı zabitin müalicəsini üzərinə götürdü

2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi müalicəsi ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.

"Qaynarinfo" xəbər verir ki, bu barədə ehtiyatda olan zabitin özü məlumat verib.

"Bir müddət idi ki, ayağımda və başımda ciddi ağrılar başlamışdı. Ciddi müayinəyə və müalicəyə ehtiyacım yaranmışdı. Mehriban xanıma müraciət etdik. Dərhal da müsbət cavab aldıq. Artıq Mehriban xanım Əliyevanın tapşırığı ilə müayinə olunmaq üçün Bakıya dəvət olunmuşam. Bizə dedilər ki, ailəmlə qalmaq üçün şəhərdə mənzil də veriləcək. Yaxın zamanda bizim görüşümüz olmalıdır”, - deyə Kamil Musəvi bildirib.

Yaralı zabit göstərilən diqqətə görə həm birinci vitse-prezident Mehriban Əliyevaya və bu işdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1094 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...