Azercell“Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı - FOTOLAR

Azercell“Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı -


Şirkətin rəsmi dəstəyi ilə yanaşı, onlarla Azercell əməkdaşıda marafona qatılaraq 17 km-lik yürüş etdi.
Ölkəmizdə hər zaman idmanın inkişafına, sağlam həyat tərzinə yönəlik layihələrin carçısı olmuş Azercell Telekom sentyabrın 17-də Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşəbbüsü vəGəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan “Gəncə Marafonu - 2017” layihəsinin eksklüziv tərəfdaşı qismində çıxış etdi. Azərbaycanın qədim mədəniyyət incisi Gəncə “Tarixlə addımla!” şüarı altında regionlar arasında keçirilmiş marafona ev sahibliyi edən ilk şəhər oldu.Müxtəlif ölkələrdən olan 11 min iştirakçını əhatə edən Marafon Gəncə şəhərində yerləşən “Zəfər Tağı”ndan start götürərək

Heydər Əliyev adına park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə etdi.

Şirkət prezidenti Vahid Mürsəliyev başda olmaqla 60-a yaxın Azercell əməkdaşının da qoşulduğu bu layihənin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır.Layihə regionlarda idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrindən olan müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır.Marafon insanların kütləvi və mütəmadi şəkildə idmanla məşğul olduğu cəmiyyətdə ictimai birlik hissini də yaradır.

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell bu cür sosial layihələrə dəstək olmaqla bütün abunəçilərini, və bütövlükdə, ölkəmizdə yaşayan insanları sağlam həyat tərzinə səsləyir.
Azercell“Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı -
Azercell“Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı -
Azercell“Gəncə Marafonu - 2017-nin eksklüziv tərəfdaşı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...