Balaca məhəllə marketləri son günlərini yaşayır

Balaca məhəllə marketləri son günlərini yaşayır

"Kiçik ərzaq mağazaları son günlərini yaşayır". Bu barədə "Bizim yol" qəzetində çıxan məqalədə deyilir.

"Araz" supermarketlər şəbəkəsinin marketinq direktoru Alpaslan Öztaş bildirib ki, Azərbaycanda iri supermarketlərin sayının artması ənənəvi mağazaların, məhəllə marketlərinin bazardan çıxmasına səbəb olacaq: "Bir müddətdən sonra Azərbaycanda pərakəndə ticarətin böyük bir hissəsi 3-4 markanın əlinə keçəcək. Zaman içərisində görəcəksiniz, iri supermarketlərin bir çoxu rəqabətə tab gətirə bilməyib fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Və ya onların bəziləri birləşəcəklər. Nəticədə bazarda 3-4 iri markanın olduğu vəziyyət yaranacaq".

Yasamalda yerləşən "Dostluq" mağazasının satıcısı Elçin də supermarketlərə uduzduqlarını etiraf edir: "Əlbəttə, bizim kimi mağazalar gec-tez sıradan çıxacaq. Bu da labüddür. Çünki eyni məhsul bizdə baha, onlarda ucuzdur. Məsələn, mağaza sahibi olaraq mən də, "Bazarstore" supermarketlər şəbəkəsi də eyni məhsulu satır. Amma onlarda məhsulun qiyməti ucuzdur. Təkcə yağ ilə qənd-çayın qiymətini müqayisə edin. Müştərini qınamıram. Mən də gedib oradan alaram. Kim almaz ki? Eyni məhsul, eyni şirkət, eyni keyfiyyət, amma fərqli qiymət... Axı "Bazarstore" ölkənin qida sənayesi üzrə ən böyük müəssisəsi olan "Azərsun-Holdinq" şirkətlər qrupuna daxildir.Odur ki, məhsulun qiyməti ucuzdur".


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...