Şəmkirə yeni polis rəisi təyin olundu

Şəmkirə yeni polis rəisi təyin olundu

Şəmkir rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb. Cəmil Əmirov bundan əvvəl Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir rayon Polis İdarəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub. Faktı DİN-in mətbuat xidməti də təsdiqləyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...