İranda 1700 ton kartof niyə məhv edildi?

İranda 1700 ton kartof niyə məhv edildi?


İranın Kartof istehsalçıları ittifaqının sədri Həsən Məhəmmədi ölkə parlamentində deputatın istefasına səbəb olan 1700 ton kartofun məhv edilməsinin səbəblərini açıqlayıb. Bu barədə Trend ISNA-ya istinadən məlumat verir.

H.Məhəmmədi parlament seçkilərinin yaxınlaşması ilə əlaqədar bəzilərinin kartof oyunu ilə seçkilərdə fermerlərin səsindən istifadə etməyə çalışdığını bildirib: “Fars əyalətində 1700 ton kartof istehsalın artımına görə məhv edilməyib. Bəlkə də bu kartof yay məhsuludur və vaxtından tez çıxarılıb. Həmin 1700 ton kartof fermerlərdən zəmanətlə alınıb və əlverişli saxlama şəraiti olmadığı üçün məhv edilib”. O deyib ki, xarici ölkələrdən yardım almaqla ölkədə hər il istehlakdan artıq qalan təqribən 50 min ton kartofdan nişasta və ya digər məhsullar istehsal etmək olar.

H.Məhəmmədi bildirib ki, ötən ilin oktyabr ayından bu ilin oktyabr ayınadək ölkədə 160 min hektar ərazidə kartof əkilib. Orta hesabla il ərzində 4 milyon 400 min məhsul istehsal olunub. Ölkə üzrə adam başına 50 kiloqram kartof düşür.

O deyib ki, ölkədə orta hesabla 140-180 min hektar əkin sahəsində kartof əkilir.

Qeyd edək ki, noyabrın 23-də İran Şura Məclisinin (parlament) nümayəndəsi Mehdi Kuçəkzadə spiker Əli Laricaninin fəaliyyətinə etiraz əlaməti olaraq istefa verib. İran parlamentinin Tehrandan olan nümayəndəsi M.Kuçəkzadə iclasda 1700 ton kartofun məhv edilməsi ilə bağlı xəbərdarlıq edib. O, Fars əyalətində atılan bu addımın kapitalizm iqtisadi sisteminin nəticəsi olduğunu bildirib və İranın kənd təsərrüfatı nazirinə xəbərdarlıq edib: "İnsanların aclıqdan əziyyət çəkdiyi ölkədə kimin ixtiyarı var ki, 1700 ton kartofu məhv etsin?"

İran parlamentinin sədri Ə.Laricani M.Kuçəkzadəyə bu məsələnin iclasın gündəliyində olmadığını, bugünkü mövzunun sığorta ilə bağlı olduğunu deyib və onun xəbərdarlığını qəbul etməyib. Bundan sonra M.Kuçəkzadə Ə.Laricaninin fəaliyyətinə etiraz əlaməti olaraq istefası ilə bağlı bildirişi Şura Məclisinin Rəyasət Heyətinə təqdim edib. Xatırladaq ki, İranda parlament seçkiləri 2016-cı ilin fevral ayında keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1040 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...