ABŞ Konqresinin üzvü: Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır

ABŞ Konqresinin üzvü:

ABŞ Konqresinin Nümayəndələr Palatasının iclasında Alabamanı təmsil edən konqresmen Robert Aderholt (Respublikaçı) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bəyanatla çıxış edib.

Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, 28 may 1918-ci il tarixində Azərbaycan Milli Assambleyası İstiqlal Bəyannaməsi qəbul edərək, müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası olan Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyub.

Sovet rejiminin təzyiqlərindən əziyyət çəkən Azərbaycanın, kommunist imperiyasının dağıntılarından çıxaraq ABŞ-ın güclü və etibarlı müttəfiqinə çevrildiyi konqresmen Aderholt tərəfindən qeyd olunub. O, vurğulayıb ki, bugün Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşı olmaqla yanaşı, həmçinin Qafqaz və Mərkəzi Asiyada mühüm rol oynayır. Azərbaycan 2001-ci il 11 sentyabr terror hücumlarından sonra ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olub. ABŞ-ın ən yaxın müttəfiqi İsrail ilə Azərbaycanın güclü dostluq və tərəfdaşlıq münasibətlərinə malik olduğu bəyanatda diqqətə çatdırılır.

Azərbaycanın ABŞ-ın Avropadakı müttəfiqlərinin və İsrailin enerji təhlükəsizliyinin və diversifikasiyasının təmin edilməsində əsas rola malik olduğu və Cənub Qaz Dəhlizində liderliyi bəyanatda vurğulanıb.

Bəyanatın sonunda, AXC-nin bu 100 illik yubileyində, iki ölkə arasında strateji münasibətlərə və davamlı dostluğa görə ABŞ-ın Azərbaycana minnətdar olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...