İntizam komissiyasından Cavanşir Feyziyevlə bağlı AÇIQLAMA

İntizam komissiyasından Cavanşir Feyziyevlə bağlı

"Deputatların fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif informasiyalar gündəliyə gəlir".

Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.

Sədr müavini bildirib ki, bu informasiyaların dəqiqliyini müəyyənləşdirmək üçün müvafiq qurumlar var:

"Əgər ciddi xarakter daşıyırsa, o araşdırılır və müvafiq addımlar atılır. Cavanşir Feyziyevlə bağlı deyilən bu fikirlərin nə dərəcədə həqiqət olub-olmadığı bizə bəlli deyil. Nəzərə alsaq ki, o məsələ gündəliyə gələndə Cavanşir Feyziyevə yaxın olan adamlardan biri bunun adi prosedur qaydası olduğunu önə çəkdi, hər hansı bir problemin olmadığını diqqətə çatdırdı. Ona görə də sosial şəbəkələrdə Milli Məclisin deputatı haqqında gedən bu məlumatları Milli Məclisin İntizam komissiyasında qaldırmaq məsələsi qanunvericiliyə uyğun deyil. Bunun üçün gərək rəsmi şəkildə Milli Məclisin rəhbərliyinə müraciət oluna. Müraciət olnduqdan sonra parlamentin rəhbərliyi bu məsələni araşdırırlar və qərar qəbul edirlər. Ya onu İntizam komissiyasına göndərirlər, ya da həqiqəti əks etdirmədiyinə görə kənara qoyulur. Ona görə də Cavanşir Feyziyev haqqında gedən bu məlumatlarla bağlı İntizam komissiyasına hər hansı məlumat daxil olmadığına görə, onun müzakirəsi mümkün deyil".

Xatırladaq ki, Böyük Britaniyada Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin 15 milyon funt sterliq (20,5 milyon dollar - 35 milyon AZN) yatırılan hesabları nəzarətə götürülüb.

Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi beynəlxalq təşkilatının (OCCRP) yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, bu vəsaitin üzərinə həbs qoyulması ilə bağlı Britaniya Milli Cinayət Agentliyi vəsatət qaldırıb. Şübhəli pullar Cavanşir Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın (7,86 milyon f.s.), oğlu Orxan Cavanşirin (6,4 milyon f.s.) və yaxın qohumu Elman Cavanşirin adına olan bank hesablarındadır.

Məqalədə qeyd edilir ki, C.Feyziyev yaradığı iki dərman kompaniyasına Azərbaycan Laundarmartından 138 milyon dollar pul alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
977 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...