GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?

GDU-dan yenə narazılıq var -
Gundeminfo.az-a Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri cənab Emin Əmrullayevə ünvanlamış şikayət məktubu daxil olub.

Müraciətdə deyilir:

- Hörmətli Təhsil Naziri Emin Əmrullayev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov.

Biz çox düşünüb-daşındıq və Sizə müraciət etmək qərarına gəldik. Emin Əmrullayev, ilk öncə təhsildə yaratdığınız şəffaf mühitə və obyektivliyə görə Sizə minnətdarlığımızı bildiririk.

Niyazi Bayramova isə ona görə müraciət edirik ki, bu şəhərin rəhbəridir. Burda olan istənilən qeyri-qanuni hərəkətə cavabdeh şəxslərdən birisiniz. Siz buradakı özbaşınalığın qarşısını almalısınız. Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru işdən azad edildi. Həqiqətən də başdan ayağa,universitetin rektoru qarışıq korrupsiyanın içərisində idi. Bizim universitetin rektorunun köməkçisi və müşaviri əvvəllər İlqar Kubışev idi. O həm də rektorun pul yığanı idi. İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma texnologiyası ixtisasını bitirmişdir.

Rektor Yusif Yusibov onu Musiqi kollecinə direktor təyin etdirdi. Maşınqayırma hara, musiqi hara??? Kolleçin kollektivi də onu istəmirdi. Ona görə də qısa bir müddətdən sonra həmin işdən qovuldu, yenidən universitetə qayıtdı. Daha sonra onu rektor Yusif Yusibov Gəncə Regional Kollecə direktor təyin etdirdi.

- Sizə çox təşəkkür edirik ki, onu işdən azad etdiniz. Sizə müraciət etməkdə məqsədimiz nədir? Həmin İlqar Kubışev universitetdə heç bir vəzifə daşımır, heç universitetin əməkdaşı da deyil. Rektor Yusif Yusibov Sizin töhmət verib işdən qovduğunuz adamı həftənin 5-ci günü rektoryanı Şuraya çağırır, kollektivə deyir ki, İlqar müəllim mənim dostumdur. Həmin şəxsi göndərir ki, get altqruplarda olan imtahanlara, eləcə də universitetdə keçirilən imtahan prosesinə nəzarət elə. Təhsil Nazirinin töhmət verib işdən qovduğu bir adam hansı ki, universitetin əməkdaşı olmadığı halda hansı əsasla, hansı statusla universitetdə keçirilən imtahan prosesinə nəzarət edə bilər???

Məqsəd aydındır, rektor onu yaxın zamanlarda Gəncə Dövlət Universitetinə tədris işləri üzrə prorektor təyin etdirmək istəyir.

Cənab Nazir, Sizin işdən töhmət verib qovduğunuz bir şəxs universitetdə heç bir vəzifə daşımasa belə imtahan prosesinə necə nəzarət edə bilir, sadəcə rektorun dostu olduğuna görəmi???

Universitetin Elmi katibi işləyən Seymur müəllim, dekan Zaur müəllim, eləcə də bu İlqar Kubışev gündüzlər rektorun yanındadlır, guya ona çox sədaqətlidirlər. Axşamlar da bu şəxslər rektorun işdən qovduğu Şahin Xurşudovla restoranlarda toplaşırlar.

Amma universitetin əməkdaşı belə olmayan, korrupsiyaya görə işdən qovulan bir şəxs neçə universitetdə imtahan prosesinə nəzarət edə bilər.

Cənab Nazir, cənab İcra Başçısı biz Sizin obyektivliyinizə və apardığınız islahatlara inanırıq və ona görə də tədbir görməyinizi Sizdən xahiş edirik.

Gundeminfo.az olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...