Azərbaycan Rusiyada kənd təsərrüfatı mərkəzləri yaradır

Azərbaycan Rusiyada kənd təsərrüfatı mərkəzləri yaradır


Postsovet ölkələri və ilk növbədə Rusiya Azərbaycan kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazar olaraq qalır.

AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “Rusiyskoy qazeta” ya müsahibəsində bildirib.Nazirin sözlərinə görə, Rusiyanın müvafiq dövlət qurumları ilə aktiv əməkdaşlıq əlaqələri qurulub.
“Təzə və emal edilmiş meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı, rusiyalım istehlakçılara heyvandarlıq məhsullarının da geniş çeşidi təqdim ediləcək. İlk növbədə quş əti və yumurtalarının Rusiyaya tədarükünün artırılması nəzərdə tutulur.”, - deyə nazir bildirib.


Heydər Əsədov vurğulayıb ki, kənd təsərrüfatının məhsullarının Rusiyaya tədarükünün artırılması məqsədilə Azərbaycan Moskva, Sankt – Peterburq və bu ölkənin digər regionlarında milli kənd təsərrüfatı mərkəzlərinin yaradılmasını planlaşdırır. Bununla da Azərbaycan uzunmüddətli müqavilələr əsasında Rusiyaya genişmiqyaslı tədarükləri həyata keçirməyi hədələyir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...