Nərimanovda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarış

Nərimanovda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarış

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında "Güllə atıcılığı" üzrə Nərimanov rayon turnirinin açılış mərasimi keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatı, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında "Güllə atıcılığı" üzrə Nərimanov rayon turnirinin açılış mərasimi keçirilib.
Tədbirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək və onların vətənpərvərlik ruhda böyüməsinə şərait yaratmaqdır.
YAP Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı iştirakçıları salamladı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb tədbiri açıq elan etdi.
Açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək qeyd ediblər ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Turnirdə 8 ali təhsil müəssisəsinin komandası iştirak edir: Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “Təfəkkür” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, “Odlar Yurdu” Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının komandası


Nərimanovda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarış
Nərimanovda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarış
Nərimanovda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş yarış


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...