Acanda marketdən şokolad alan xoruz - VİDEO

Acanda marketdən şokolad alan xoruz -

Hər qarnı acdığında marektə girir, bəyəndiyi şirniyyatı götürərək çıxır. Türkiyənin Zonquldak şəhərində yanacaqdoldurma məntəqəsində məskən salan bir xoruz qeyri-adi hərəkətləri ilə diqqət çəkir.

Bəs xoruzun yanacaqdoldurma məntəqəsində nə işi var? Xoruzu bura məntəqənin sahibi gətirib. Murad Tanyeli bazardan alıb, Abdi adı verdiyi xoruzu 6 ay evində saxlasa da sonra yanacaqdoldurma məntəqəsinə gətirib. Məntəqədə demək olar ki, hər kəsin sevimlisinə çevrilən xoruz qeyri-adi davranışları ilə diqqət çəkir. Ən qəribə hal isə Abdinin buğda ilə deyil, şirniyyatla qidalanmasıdır.

İş o yerə çatıb ki, müştərilər Abdi ilə şəkil çəkdirmək üçün növbəyə belə duru. Bunu nəzərə alan Murad isə xoruz üçün facebook sosial şəbəkəsində səhifə belə açmağı planlaşdırır.

Abdinin ən sevimli məşğuliyyəti isə gələn müştərilərin avtomobilinə minmək və gəzintiyə çıxmaqdır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...