“Vaqif Aydınoğlunun təyinatı ilə bağlı yayılan məlumat yanlışdır” - ATV-nin prezidenti

“Vaqif Aydınoğlunun təyinatı ilə bağlı yayılan məlumat yanlışdır” -

"Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır". Bunu "Report"a açıqlamasında şirkətin prezidenti Azər Xəlilov deyib.

O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: "Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir".

"Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır", - deyə A.Xəlilov əlavə edib. Qeyd edək ki, bu gün bəzi KİV-lər Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1200 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...