İranın eks-prezidenti xarici ölkələrə “casusluq”da ittiham olunur

İranın eks-prezidenti xarici ölkələrə “casusluq”da ittiham olunur
İranın eks-prezidenti Həsən Ruhani xarici ölkələrə “casusluq”da ittiham olunur.

“Report” “RadioFarda”ya istinadən xəbər verir ki, bu iddia ilə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) kəşfiyyat təşkilatının keçmiş başçısı, Sepah komandanının baş müşaviri Hüseyn Tayeb çıxış edib.

Xarəzm Universitetinin tələbələri ilə görüşdə Həsən Ruhaninin mühakiməsinin tarixi barədə danışan baş müşavir deyib: “İslam Respublikasındakı 43 illik təcrübəmə əsasən deyə bilərəm ki, bu, gec-tez baş verəcək”.

İddialara əsasən, 2015-ci ilin yayında İranın nüvə proqramı üzrə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. Mühafizəkarlar bunu Həsən Ruhaninin “satqınlığı” kimi təbliğ edirlər.

Qeyd edək ki, Həsən Ruhani 2013-cü il avqustun 3-dən 2021-ci il avqustun 3-dək iki dəfə prezident seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...