Paşinyanın oğlunu oğurladığı deyilən qadın həbsdə aclığa başladı
Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasında təqsirləndirilən Qayane Akopyan aclıq aksiyasına başlayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Hayastan fraksiyasının deputatı Aqnessa Xamoyan jurnalistlərə açıqlamasında bildirib.
Məlumat üçün bildirək ki, Qayane Akopyan 44 günlük Vətən müharibəsində həlak olan hərbçi Jora Martirosyanın anasıdır. O, mayın 17-də Ermənistanın baş nazirinin oğlunun oğurlanması ilə bağlı saxlanılıb.
Deputatın sözlərinə görə, qadın həbsdə olarkən aclıq aksiyasını dayandırmaq fikrində deyil. Qadın özünü yaxşı hiss etmir və zəifdir, lakin o, baş nazirin oğlu ilə üzləşməkdən imtina etmək fikrində deyil.
“O, Aşotun onu səhv başa düşdüyünə inanır və hər şey üzləşmədən sonra aydınlaşacaq”, - deputat bildirib.
Xatırladaq ki, mayın 17-də baş nazirin ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti Aşot Paşinyanın oğurlanması cəhdi barədə məlumat yayıb. Bu hadisədə müharibədə həlak olan əsgərlərin valideynlərini birləşdirən “Oğulların çağırışı” təşkilatının üzvləri ittiham ediliblər. Daha sonra İstintaq Komitəsi “Oğurluq” maddəsi ilə cinayət işi açıb. Təşkilat iddiaları təkzib edib. Onlar qeyd ediblər ki, təşkilat üzvləri təsadüfən Aşot Paşinyanla rastlaşıblar, həlak olmuş hərbçilərin anaları ona yaxınlaşıblar, maşına minməyi, söhbət etməyi və İrəvandakı Yerablur hərbi qəbiristanlığına birlikdə getməyi təklif ediblər. Təşkilat iddia edib ki, Aşot Paşinyan etiraz etmədən, heç kimin müdaxiləsi olmadan Qayane Akopyanın maşınına minərək Yerablura gedib, daha sonra yolda naməlum səbəbdən maşından düşüb.
549 dəfə oxundu