Kursk Ukraynadan hücum gözləyir: əhalinin kütləvi təxliyə planı hazırdır
Kursk vilayətinin hakimiyyət orqanları Ukrayna təxribat-kəşfiyyat qruplarının əraziyə daxil olması ilə bağlı vəziyyəti təhlil edib və fəaliyyət planı hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə vilayət qubernatoru Roman Starovoit bildirib.
O, diversiya təhlükəsinin hər zaman olduğunu, desə də, əlavə edib ki, "bütün təlimlər keçirilib, bütün kənd sovetləri və rayon başçıları sərhədçilərlə və hərbçilərlə əməkdaşlıqda necə hərəkət etməli olduqlarını yaxşı bilirlər. Biz bütün hadisələri ətraflı təhlil etdik, taktikamızın necə olacağını başa düşürük".
O, qeyd edib ki, təxliyyə planları müəyyən edilib, eləcə də təlimlər keçirilib, qapı-qapı gəzintisi başa çatıb. Qubernator əlavə edib ki, sərhəd bölgələrində 100 mindən çox insan var, zərurət yaranarsa, onların hansı nəqliyyatla və hansı məntəqələrdən təxliyyə ediləcəyinə aidiyyəti qurumlar qərar verib.
Starovoit əlavə edib ki, hakimiyyət orqanları 1-2 gün ərzində müvəqqəti yaşayış məntəqəsində təxminən 15 000 nəfər yerləşdirə bilər.
573 dəfə oxundu