Moldovada Rusiyanın casus şəbəkəsi zərərsizləşdirldi

Moldovada Rusiyanın casus şəbəkəsi zərərsizləşdirldi

Moldovada vəziyyəti Rusiya Federasiyasının xeyrinə pozmaq üçün casusluqla məşğul olan agent şəbəkəsi zərərsizləşdirilib.

Qaynarinfo News Maker-ə istinadən xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX) rəhbəri Aleksandr Mustyatsa bildirib.

Xüsusi xidmət orqanlarının məlumatına görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya Federasiyası vətəndaşlarıdır. Ən əsası isə, şübhəlilər arasında iki rusiyalı da var.

"Biz dövlətə xəyanət və casusluqla məşğul olan agent şəbəkəsini aradan qaldıra bildik. Ölkədə sabitliyi pozmağa hazırlaşan bir qrup şəxsə qarşı dövlətə xəyanət və casusluqla bağlı başlanmış cinayət işi məhkəməyə təqdim edilib”, - Mustyatsa mətbuat konfransında bildirib.

İTX rəhbəri əlavə edib ki, bunun üçün Rusiya Federasiyasından Moldovaya qeyri-rəsmi pul köçürmə şəbəkələri vasitəsilə təxminən 500 min dollar daxil olub.
İyulun 10-da Moldova İTX rəhbərinin mətbuata verdiyi brifinqdən sonra vəziyyəti Rusiyanın bu ölkədəki səfirliyi şərh edib. Rusiya diplomatları bu "casus qalmaqalı” barədə mediadan xəbər tutanda "çaşıb qaldıqlarını” bildiriblər.

Eyni zamanda, səfirliyin bəyanatında bildirilir ki, "Rusiya Qərbdən fərqli olaraq, guya digər dövlətlərin suverenliyinə hörmət edir və onların daxili işlərinə qarışmır”.

Qeyd edək ki, Moldova Rusiyanı Ukraynaya genişmiqyaslı işğala və onun hərbi cinayətlərinə görə qınamaqda davam edir. Kişinyov bildirib ki, Rusiya Federasiyası Moldovaya təsirini bərpa etmək cəhdlərini dayandırmayıb və ölkədə siyasi və iqtisadi vəziyyəti pozmağa çalışır.

Moldova prezidenti Maya Sandu bildirib ki, Rusiyanın indiki hökuməti devirmək planları iflasa uğrayıb, lakin bu planı həyata keçirmək üçün yeni cəhdlər olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...