Rusiya ordusu Ukraynada 180 məktəbi tamamilə dağıdıb

Rusiya ordusu Ukraynada 180 məktəbi tamamilə dağıdıb
Müharibə başlayandan indiyədək Rusiya ordusu Ukraynada 180 məktəbi tamamilə dağıdıb.

“Report” xəbər verir ki, bunu Ukraynanın elm və təhsil naziri Oksen Lesnoy bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunlarının zərbələri nəticəsində bütövlükdə 1300 təhsil müəssisəsi ziyan çəkib: “Bu gün yerlə yeksan edilən 180 məktəbimiz var. 300 təhsil müəssisəsi qismən dağıdılıb, 1000-i isə zərər çəkib və ekspertizaya ehtiyacı var”.

Elm və təhsil naziri deyib ki, hazırda məktəblərin 75 faizi sığınacaqlarda yerləşdirilib. Bu da təxminən 9 min təhsil müəssisəsi deməkdir.

Qeyd edək ki, Rusiyanın irimiqyaslı müdaxiləsindən sonra Ukraynada məktəblər onlayn formata keçib. Lakin 2023-cü il sentyabrın 1-dən məktəblilərdə dərslərin əyani formada bərpası gözlənilir. Bunun üçün isə məktəblər hava hücumlarından qorunmaq üçün avadanlıqlarla təmin olunmalıdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...