İranda eynicinsli şəxslə münasibətdə olan məmur VƏZİFƏDƏN QOVULDU

İranda eynicinsli şəxslə münasibətdə olan məmur
İranda bir məmur eynicinsli şəxslə münasibətdə şübhəli bilinərək vəzifəsindən uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, həmin şəxs, Gilan əyalətinin mədəniyyət və İslam rəhbərliyi şöbəsinin müdiri Reza Tsaqatidir. O, təqva, mühafizəkarlıq və hicabın məcburi geyinilməsinə diqqət yetirir.

Materialda deyilir ki, proses İranın müxalif "Telegram" kanallarından birində Tsaqatinin naməlum kişi ilə çəkildiyi iddia edilən videonun yayılmasından sonra başlayıb.

İyulun 22-də Gilan Əyalət Administrasiyası işin hərtərəfli araşdırılması üçün ədliyyə orqanlarına göndərildiyini və məmurun vəzifəsindən uzaqlaşdırıldığını elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...