İmran Xan 5 il müddətinə siyasətdən uzaqlaşdırıldı

İmran Xan 5 il müddətinə siyasətdən uzaqlaşdırıldı
Pakistan Seçki Komissiyası keçmiş baş nazir İmran Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırılmasına qərar verib.
Yeniavaz.com xəbər verir ki, Komissiyadan verilən açıqlamada, Xanın məhkəmə tərəfindən korrupsiyada günahkar bilindiyi və müvafiq qanunlara uyğun olaraq keçmiş baş nazirin 5 il müddətinə siyasətdən uzaqlaşdırılmasına qərar verildiyi bildirilib.
İslamabad Ali Məhkəməsi Xanı 490 min dollar dəyərində hədiyyələri satmaqda və baş nazir olarkən vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilib və 3 il həbs cəzasına məhkum edib.
Pakistan polisi məhkəmənin qərarı ilə avqustun 5-də Xanı Lahordakı evində həbs edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...