Yaponiya HƏMAS rəhbərliyinin aktivlərini dondurmağı planlaşdırır

Yaponiya HƏMAS rəhbərliyinin aktivlərini dondurmağı planlaşdırır
Yaponiya hökuməti oktyabrın 7-də İsrailə hücumla bağlı Fələstinin HƏMAS hərəkatının rəhbərliyinin aktivlərini dondurmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Söhbət HƏMAS rəhbərliyinin azı doqquz üzvünün əmlakından gedir. Vurğulanır ki, Yaponiya hakimiyyəti bu addımla Fələstin-İsrail münaqişəsi ilə bağlı öz mövqeyini açıq şəkildə nümayiş etdirmək niyyətindədir. Sanksiyalar paketi oktyabrın 31-də təsdiq oluna bilər.

Ötən həftə ABŞ oktyabrın 7-də İsrailə hücumla əlaqədar HƏMAS hərəkatının üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...