Erməni ekspert: Əhalinin ölkəni tərk etməsi ağır nəticələrə səbəb ola bilər
Əhalinin ölkəni tərk etməsi Ermənistan üçün ağır nəticələrə səbəb ola bilər.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” erməni etnoqraf Artaşes Boyacyana istinadən yazıb.
ekspertin sözlərinə görə, əhalinin Ermənistandan xaricə axını ölkənin regionlarında xüsusilə nəzərə çarpır.
“Sabit demoqrafik inkişafı nəzərə alsaq, Ermənistanın əhalisi artıq 5,5 milyon nəfərə çata bilərdi, lakin bu gün tamamilə fərqli mənzərə görünür və hazırkı statistikaya əsasən, ölkədə 2 milyon 900 min nəfər qalıb. Bu rəsmi rəqəmlərdir, əslində daha azdır”, - deyə o vurğulayıb və əlavə edib ki, bu tendensiya yalnız sürətlənir.
Ekspertin fikrincə, əhalinin Ermənistanı kütləvi tərk etməsinin əsas səbəblərindən biri kifayət qədər gəlir təmin edən iş yerlərinin olmamasıdır.
Bundan əlavə həm də, Ermənistan əhalisinin böyük hissəsi yaşlı nəslin nümayəndələridir, belə ki, yaşı 65-dən yuxarı olanlar ölkə əhalisinin 14,5 faizini, bəzi kənd yaşayış məntəqələrində isə 22 faizə qədər hissəsini təşkil edir.
Əhalinin təbii artımına zərbə vuran amillər sırasında 1988-ci il dekabrın 7-də baş vermiş zəlzələ, ölkədəki ağır sosial-iqtisadi vəziyyət, birinci və ikinci Qarabağ müharibələri, 2020-ci ildə koronavirus (COVID-19) pandemiyası, Ermənistanın siyasi qeyri-sabitliyi və davam edən mühacirət göstərilib.
Etnoqraf həmçinin qeyd edib ki, müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarının Ermənistana köçürülməsi də problemlər yaradır, bu, demoqrafik mənzərənin dəyişməsinə gətirib çıxarır. İrandan, Çindən və ya Hindistandan Ermənistana köçənlərin sayı ildən-ilə artır.
610 dəfə oxundu