Niderlandda İslamı qadağan etmək istəyənlər seçkiləri qazandı - VİDEO

Niderlandda İslamı qadağan etmək istəyənlər seçkiləri qazandı -
Niderlandda keçirilən növbədənkənar parlament seçkilərinə Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası liderlik edir.

Bu barədə “Ipsos” ictimai rəyin öyrənilməsi mərkəzinin keçirdiyi “exit-poll”un nəticələrindən məlum olub.

Beləliklə Azadlıq Partiyası parlamentdəki 150 yerdən 35-nə ümid edə bilər. Bu, hazırda olduğundan 18 yer çoxdur.

Qeyd edək ki, Gert Vilders seçki proqramında dövlətin Avropa İttifaqından çıxması və sərhədlərin qaçqınlar üçün bağlanması ilə bağlı referendum keçirməyə çağırıb. O, Niderlandda Quranın, müsəlman məktəblərinin və məscidlərin qadağan edilməsini dəstəkləyib.
İkincisi yerdə iki siyasi qüvvə - Əmək Partiyası və “Yaşıl Solun” ittifaqı gəlir. Alyans ölkənin əsas qanunverici orqanında 26 yerə arxalana bilər.

Nəticələr 2010-cu ildən bəri parlament seçkilərində uduzmayan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası üçün məyusedici olub. Hazırda siyasi qüvvə üçüncü yerdədir və parlamentdə 23 yerə arxalana bilər ki, bu da indikindən 11 yer azdır. Ekspertlərin sözlərinə görə bu, 2006-cı ildən bəri parlament seçkilərində partiya üçün ən pis nəticədir.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...