Prezident: "Bir neçə ildə millət olaraq yox olacağıq"
Serbiya prezidenti Aleksandar Vuciç ölkə əhalisinin sürətlə azaldığını bildirərək xalqa xəbərdarlıq edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı bir neçə il içində millət olaraq yox ola biləcəklərini bildirib.
Paytaxt Belqradda Kosovo məsələsi və əhalinin artımı ilə bağlı mətbuat konfransı keçirən Vuciç ölkə əhalisinin sayının ciddi şəkildə azaldığını deyib. Təxminən 7 milyon əhalisi olan Serbiyada hər qadına orta hesabla 1.44 uşaq düşdüyünü deyən dövlət başçısı 0.8 faizlik artıma ehtiyac olduğunu bildirib və albanların yaşadığı bölgələrdə artımın daha yükmək olmasına diqqəti çəkib. O həmçinin Serbiya əhalisinin sayının Kosovo məsələsinə bağlı olaraq 2060-cı ildə 5 milyon nəfərə düşə biləcəyini vurğulayıb:
"Kosovo məsələsinin həll edilməsi Serbiyaya xeyir verəcək. Bu halda insanlar sülh və inkişafa inanaraq yaşayıb uşaq sahibi olmaq istəyəcəklər. Hər nə qədər onlara və vasitəçilərinə hərrə qədər inanmasam da, albanlara görüşlərimizə davam edəcəyik. Çünki başqa çarəmiz yoxdur".
Son 67 ildə əhalinin sayının azaldığını bildirən Vuciç dövlətin uşaq sahibi olan analara dünyaya gətirdikləri uşaq sayına görə müəyyən məbləğdə maddi dəstək verəcəyini, süni mayalanma xərclərinin də dövlət tərəfindən ödəniləcəyini deyib:
"Bir neçə il içində təqaüdçü vətəndaş sayı ilə daha az əhaliyə sahib ola bilərik. Bu da millət olaraq yox olmağımız anlamına gəlir. Bunun günahkarı nə ABŞ, nə də Avropa Birliyidir. Tamamilə öz günahımızdır".
875 dəfə oxundu