Fransa kürd silahlılarına kömək üçün Mənbicə ordu göndərəcək

Fransa kürd silahlılarına kömək üçün Mənbicə ordu göndərəcək

Fransa kürd silahlılarına kömək məqsədi ilə Suriyanın Mənbic bölgəsinə ordu göndərməyi qərara alıb. APA-nın xəbərinə görə, bu barədə “Parisien” nəşrinə Parisdə səfərdə olan “Suriya Demokratik Qüvvələri”nin (SDF) nümayəndə heyətinin üzvü bildirib.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron SDF nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvünün sözlərinə görə, Fransa rəhbərliyi xüsusi təyinatlı ordu birləşmələrini ən tez bir zamanda Suriyanın Mənbic bölgəsinə göndərməyi qərara alıb. Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.

Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurası kürd silahlı dəstələrinin dərhal Mənbicdən çıxarılmasını tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə hərbi əməliyyat keçirəcəyini bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...