Səudiyyə Ərəbistanı şahzadəsi: “İsrailin vətən torpaqlarına hüququ var”

Səudiyyə Ərəbistanı şahzadəsi: “İsrailin vətən torpaqlarına hüququ var”

İsrailin vətən torpaqlarına hüququ var. Virtualaz.org xəbər verir ki, bunu “The Atlantic” nəşrinə müsahibəsində Səudiyyə Ərəbistanı şahzadəsi Məhəməd bin Salman deyib.

Bununla da, o, İsrailin “torpaq hüququ”nu tanımış ilk Səudiyyə hakimiyyəti nümayəndəsinə çevrilib. Xatırladaq ki, bu iki ölkə arasında rəsmi diplomatik əlaqələr mövcud deyil və bunun səbəbi Fələstin-İsrail qarşıdurmasıdır.

Məhəmməd bin Salman qeyd edib ki, hər bir xalqın sülh şəraitində yaşamaq hüququ var: “Hesab edirəm ki, fələstinlilər və israillilər öz torpaqlarına sahiblənmək hüququna malikdirlər. Lakin sabitliyə və normal münasibətlərə təminat verəcək sülh razılaşması lazımdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...