Türkiyə və ABŞ kəşfiyyatı Rusiyada terrorun qarşısı aldı

Türkiyə və ABŞ kəşfiyyatı Rusiyada terrorun qarşısı aldı

Rusiyanın Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri Aleksandr Bortnikov Türkiyədəki həmkarlarından aldıqları məlumatlar əsasında Rusiyada törədilməsi nəzərdə tutulan ciddi bir terror hücumunun qarışısının alındığını söyləyib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Moskvada təşkil olunan Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Bortnikov terrorla mübarizədə kəşfiyyat orqanları arasındakı əməkdaşlığın təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

"Bu gün Rusiya ilə qərb, xüsusilə ABŞ arasındakı münasibətlərin hansı vəziyyətdə olduğundan xəbərdarsınız. Buna baxmayaraq terrorla mübarizədə kəşfiyyat orqanları arasındakı əməkdaşlıq təqdirəlayiqdir. Ötən ilin sonlarında ABŞ-ın verdiyi məlumatlar əsasında Rusiyanın Sank Peterburq şəhərində hücum planlaşdıran bir terrorçu ələ keçirildi. İkinci əməkdaşlıq nümunəsi isə türkiyəli həmkarlarımızdan gəldi. Onlardan aldığımız məlumatla Rusiyada bir çox insanın ölümünə səbəb ola biləcək terrorun qarşısı alındı", - deyə o, bildirib.

Türkiyədən terror hücumu ilə bağlı alınan məlumatın detallarını açıqlamayan Bortnikov Rusiya və dünyada gerçəkləşdirilən terrorların yarısının İŞİD-lə əlaqəli olduğunu deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...