Aprel savaşından bəri Qarabağda nə qədər erməni ölüb?

Aprel savaşından bəri Qarabağda nə qədər erməni ölüb?

2016-cı ilin aprel döyüşlərindən bu yana həm Azərbaycan, həm də Ermənistan tərəfdən ümumilikdə 81 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat təkcə 2017-ci il martın 31-dən 2018-ci il aprelin 1-nə qədər olan dönəm ərzində hər iki tərəfdən 43 nəfərin həlak olduğunu bildirib. Bunun 41 nəfərini hərbçilər təşkil edib. Ölən əsgərlərin 29 nəfərinin erməni olduğu iddia edilib. Həlak olan iki mülki şəxsin isə Azərbaycanın payına düşdüyü bildirilib.

2016-cı ilin aprelin 5-dən 2017-ci ilin 31 martına qədərki dönəmdə isə ümumilikdə 38 hərbçi həlak olub. Mətbuat ölən hərbçilərdən 31 nəfərinin erməni əsgəri olduğunu vurğulayıb.

Qarabağdakı itkilərin atəşkəsin pozulması nəticəsində olmadığı (mina partlaması və qəzalar) da qeyd edilib.

Rus mətbuatı savaşın iki illiyi ilə bağlı hazırladığı qısa hesabatda atəşkəs rejiminin əsasən Ermənistan tərəfindən pozulduğunu xüsusi qeyd edib. Atəşkəsin pozulması zamanı əsasən snayper, 60 mm, 82 mm və 120 mm-lik minaatanlardan, RPQ-7 və AQS-17 qumbaratanlarından, pulemyotlardan və artilleriyadan istifadə edilib. Bu dövr ərzində həm Azərbaycan, həm də erməni tərəfi bir-birini üç diversiya aktında ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...