Rusiyalı iş adamları 1.2 milyard dollar itirdilər

Rusiyalı iş adamları 1.2 milyard dollar itirdilər

ABŞ-ın yeni sanksiyalarından sonra Rusiyanın oliqarx, bizsenmen və yüksək vəzifəli şəxslərinin itkiləri 1.2 milyard dollara bərabər tutulur. Modern.az xəbər verir ki, bu sahədə nüfuzlu “Forbes” portalı araşdırma aparıb.

Ən çox zərərçəkənlərdən biri Oleq Deripaskidir. Bu sankiyalara görə onun təkcə dünən üçün itkiləri 957 milyon dollar təşkil edib. Bunun nəticəsində onun sərvəti 5.3 milyard dollara düşüb.

“Forbes”in haqqında araşdırma apardığı rus iş adamları bundan əvvəl dünyanın 100 ən varlı şəxsləri siyahısında yer alıblar.

Qeyd edək ki, yeni sanksiyalar nəticəsində adları qara siyahıya düşən 38 rusiyalı iş adamı və onlara bağlı 12 şirkətin ABŞ-dakı aktivlərinə həbs qoyulub. Onların səhmlərinə sahib digər amerikalılardan həmin səhmlərin satılması tələb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...