Daha bir qonşu ölkədə dollar bahalaşdı

Daha bir qonşu ölkədə dollar bahalaşdı


ABŞ-ın bir qrup rusiyalı oliqarxa, məmura və şirkətlərə qarşı tətbiq etdiyi sanksiyaların təsiri ilə Rusiya rublunun ardınca qazax təngəsi də dəyər itirməyə başlayıb.

Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, aprelin 10-dan başlayaraq qazax milli valyutası dollarla müqayisədə 15 bəndə qədər geriləyib.

Belə ki, aprelin 10-da keçirilən hərraclarda dollar 7.57 təngə bahalaşaraq 327.7 təngəyə çatıb. Ucuzlaşma sonrakı iki gündə də davam edib və hazırda 1 ABŞ dollarını 332 təngəyə dəyişmək mümkündür.

Ekspertlər dolların bahalaşmasını Qazaxıstan iqtisadiyyatının Rusiyadan birbaşa asılılıq səviyyəsinin yüksək olması ilə izah edirlər. Qazaxıstan prezidenti yanında strateji araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Vyaçeslav Dodonov deyib ki, təngənin ucuzlaşması Rusiya maliyyə bazarlarında baş verən çaxnaşmalara reaksiyadır.

Mərkəzi Bankın rəhbəri Daniyar Akşiyev də təngənin ucuzlaşmasının Rusiya maliyyə bazarlarındakı vəziyyətlə əlaqəli olduğunu deyib. “Həftənin əvvəlindən rubl 10 faizə qədər ucuzlaşıb. Rusiya Qazaxıstanın əsas ticarət tərəfdaşıdır. Bu da baş verən proseslərin qarşılıqlı əlaqəli olduğunu göstərir. Nəticədə təngə 1.8 faiz ucuzlaşıb”-Akşiyev deyib. Mərkəzi Bankın rəhbəri əhalini panikaya qapılmamağa və əmanətlərini dollara çevirmək barədə ani qərarlardan çəkinməyə çağırıb. Bildirib ki, neftin qiymətinin yüksək olduğu bir vaxtda təngənin daha da ucuzlaşması gözlənilmir, ona görə də indiki vəziyyətdə təşvişə qapılanlar itirə bilərlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...