Yunanıstan Egey dənizindəki qayalıqlara bayraq sancmağa cəhd etdi, türk əsgəri hərəkətə keçdi – Yunan bayrağı çıxarıldı

Yunanıstan Egey dənizindəki qayalıqlara bayraq sancmağa cəhd etdi, türk əsgəri hərəkətə keçdi –

“Yunanlar Antrofotos qayalarına Yunanıstan bayrağı sancmağa cəhd ediblər. Sahil Təhlükəsizlik əsgərlərimiz müdaxilə edərək, o bayrağı oradan çıxartdılar”.

Avropa.info xəbər verir ki, belə bir sensasion bəyanatla Türkiyə baş naziri Binəli Yıldırım çıxış edib. Yıldırım Yunanıstan hökumətinə xəbərdarlıq edib.

“Qonşumuz Yunanıstan Egey dənizində vaxtaşırı olaraq gərginliyi artırır. Kimə aidiyyatı olmayan bəzi qayalıqlar var. Antrofotos qayalarına yunan bayrağı sancma cəhdi oldu. Sahil Təhlükəsizlik əsgərlərimiz lazımi müdaxilə etdilər, oradan o bayrağı qaldırdılar. Yunanıstana tövsiyəmiz budur ki, gərginliyi artıracaq təxribatlardan uzaq dayansınlar. Ölkəmizin suveren hüquqlarından heç kim güzəştə getməyəcək”- Binəli Yıldırım belə deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
838 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...