Ərdoğan: "Əlcəzairdə 5 milyon insanı qətlə yetirənlər indi bizə dərs keçirlər"

Ərdoğan: "Əlcəzairdə 5 milyon insanı qətlə yetirənlər indi bizə dərs keçirlər"

“Bu gün yüzdən çox ölkədən 250 müsəlman lider, təmsilçi, akademik və yazar qonağımızdır”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən dünya müsəlman azlıqlarının toplantısında bildirib.
O, Qərb ölkələrini ikili standartlarda və ayrı-seçkilikdə ittiham edib: “Siz Əlcəzairdə 5 milyon insanı qətlə yetirmisiniz. İndi gəlib bizə dərs keçirsiniz? Qərb dünyası İslam üzərindən öz həyat tərzini başqalarına qəbul etdirməyə çalışır. Terrorçu qruplaşmalar da həmin layihələrdən biridir. Almaniya, Hollandiya, Belçika və Fransa irqçilərin məskənidir. Fransada başı örtülü qadınlara hücum edilir. Fransa qaraçıları ölkədən qovdu. Avropa İttifaqının qanunlarında bununla bağlı bir maddə varmı? Ancaq biz qaraçılarla bir yerdə yaşayırıq. Mən onların içində yaşadım. Bələdiyyə başçısı, millət vəkili, baş nazir və prezident oldum”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
975 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...