Sarkisyanın qardaşı aksiyaçıların mühasirəyə aldığı binadan çıxa bilmir

Sarkisyanın qardaşı aksiyaçıların mühasirəyə aldığı binadan çıxa bilmir

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı, Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Levon Sarkisyan müxalif qüvvələrin mühasirəyə aldığı binadan çıxa bilmir

O, hadisələri Xarici İşlər Nazirliyinin binasından izləyir. Qeyd edək ki, etiraz aksiyası iştirakçıları Ermənistan Baş Prokurorluğu, XİN, Diaspor Nazirliyi və Dövlət Gəlirləri Komitəsini mühasirəyə alıblar.

Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar.

Qeyd edək ki, bir qədər öncə Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan ölkədə "xalq məxməri inqilabı"nın başlandığını elan edib.“Report”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...