Putin Sarkisyandan soruşdu: “Yerevanda nə baş verir?”

Putin Sarkisyandan soruşdu: “Yerevanda nə baş verir?”

Kreml Ermənistanda baş verənləri müşahidə edir və ümidvardır ki, hər şey qanun çərçivəsində olacaq.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz Ermənistanda baş verənləri müşahidə edirik və ümid edirik ki, hər şey qanun çərçivəsində olacaq”, - Peskov jurnalistin müvafiq sualını cavablandırıb.

O xatırladıb ki, prezident Vladimir Putin dünən Serj Sarkisyana təbrik teleqramı yollayıb. “Axşam, kifayət qədər gec bir vaxtda o zəng edib və Nazirlər Kabinetinin başçısı seçilməsi münasibətilə təbrik edib. Sözsüz ki, fikir mübadiləsi aparılıb”, - Peskov sözlərini yekunlaşdırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...