Serj Sarkisyanın anası öldü

Serj Sarkisyanın anası öldü

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanın keçmiş baş naziri Serj Sarkisyana anasının vəfatı ilə əlaqədar başsağlığı verib.

Virtualaz.org NSN-ə istinadən xəbər verir ki, Zatulinin sözlərinə görə, baş nazirin istefasının səbəblərindən biri də bu ola bilər.

Bundan öncə “Armenpress” Nora Sarkisyanın xəstəxanada olması barədə məlumat dərc etmişdi. “Hrapark” qəzeti isə aprelin 22-də Serj Sarkisyanın anasının ciddi mühafizə altına alınması barədə xəbər yayımlamışdı.

Bildirildiyinə görə, Serj Sarkisyanın anası oğlunun baş nazir postuna təyin edilməsinin əleyhinə olub və buna səbəb kimi ictimaiyyətin narazılığını göstərib.

Əlavə edək ki, Nora Sarkisyanın ölümü barədə hələlik rəsmi informasiya yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...