Sarkisyan hakim partiyanın sədrliyindən də istefa verir

Sarkisyan hakim partiyanın sədrliyindən də istefa verir

Ermənistanda hakim “Respublikaçılar” partiyası özünə yeni lider seçmək barədə müzakirələr üçün razılığa gəlib. Modern.az xəbər verir ki, rəsmi açıqlamada Serj Sarkisyan partiya rəhbərliyindən getdiyi, onun yerinə yeni sədrin təyin olunması barədə razılıq əldə olunub.

Keçirilmiş görüşdə Sarkisyanın partiya üzvlərinə öz istefasının təfərrüatları müzakirə olunub. Partiya üzvlərinə ölkədə stabilliyin yalnız partiyanın birliyi ilə əldə oluna biləcəyi vurğulanıb.

Aprelin 25-də “Daşnaksütyun” partiyasının hakim partiya ilə koalisiyadan çıxması vəziyyəti çətinləşdirib.

Odur ki son partiya müzakirələri onu göstərir ki, nəinki hakim koalisiyada eyni zamanda hakim partiyada da fikir ayrılığı formalaşıb. Və artıq partiya da dağılmaq üzrədir.

Qeyd edək ki, etirazçıların lideri Nikol Paşinyan bəyan etmişdi ki, yeni baş nazir “Respublikaçılar” partiyasından olarsa, öz tərəfdarlarını yenidən meydanlara çağıracaq və seçkilərin nəticələrini tanımayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...