Ermənistanda etirazlar nə vaxt başa çatacaq? - Paşinyandan CAVAB

Ermənistanda etirazlar nə vaxt başa çatacaq? -
Ermənistan müxalifətinin lideri və deputat Nikol Paşinyan baş nazir təyin olunanadək kütləvi aksiyaların davam edəcəyini bildirib.

Trend-in məlumatına görə, o bu barədə Rusiya mətbuatına müsahibəsində deyib.

O qeyd edib ki, hakim Respublika partiyası ona baş nazir olmağa imkan verməyənədək etiraz aksiyaları daha da böyüyəcək. N.Paşinyanın sözlərinə görə, etirazçılar artıq öz namizədini seçib.

Aprelin 25-i Yerevanın Respublika meydanında ən genişmiqyaslı aksiya keçirilib.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...