Tramp "Meksika divarı"na görə ABŞ hökumətini hədələdi
ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə inşa olunacaq divarla bağlı növbəti dəfə açıqlama verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ Konqresinin divarın tikintisi üçün lazım olan büdcəni təsdiq etmdiyi təqdirdə, hökumətin fəaliyyətinin dayandırması üçün üzərinə düşən vəzifəni yerinə yetirəcəyini deyib.
ABŞ prezidenti 2 min kilometr uzunluğunda olacaq divarın inşası üçün 25 milyard dollarlıq büdcə ayrılmasını tələb edir. Lakin Konqreslə Tramp arasında büdcə məsələsində anlaşmazlıq var.
Belə ki, Konqres bu rəqəmləri qəbul etməməklə yanaşı layihə üçün ayrıla biləcək vəsaitin maksimum 1,6 milyard dollar ola biləcəyini bildirir.
Tramp divarla bağlı çalışmaların başladığına işarə edərək, bunları dilə gətirib:
"Məsələ sentyabrın 28-də yenidən müzakirəyə çıxarılacaq. Əgər Konqres çalışmalar üçün lazım olan maliyyə qaynağını təsdiqləməzsə, sərhəd təhlükəsizliyimizi qoruya bilmədiyimiz üçün federal hökuməti bağlamaqdan başqa çarəmiz qalmayacaq".
Qeyd edək ki, ABŞ prezidenti martda divarın inşası üçün nəzərdə tutulan 8 fərqli modeli nəzərdən keçirmişdi. O, verdiyi açıqlamada hündürlüyü 5,50-9,10 metr aralığında olan modellərin layihə üçün daha uyğun olduğunu, lakin qarşı tərəfdə nə baş verdiyini anlamaq üçün divarın şəffaf olmasının vacibliyini deyərək, hər kəsi təəccübləndirmişdi.
825 dəfə oxundu