Türkiyə PKK-ya tarixi zərbə vurdu: Qruplaşma dağılır

Türkiyə PKK-ya tarixi zərbə vurdu:
Türkiyə təhlükəsizlik orqanlarının əməliyyatları nəticəsində çox sayda terrorçunun zərərsizləşdirilməsi və terror qruplaşmasına insanların qoşulmasının azalması PKK-nın tarixindəki ən çətin vəziyyətə düşməsinə səbəb olub.

Axar.az xəbər verir ki, əməliyyatlar nəticəsində öldürülənlərin yerinə döyüşəcək insan tapmayan terror qruplaşması cərgələrinə 2016-da 686, 2017-də 152 terrorçu qatıldığı halda, bu rəqəm 2018-ci ilin ilk aylarında cəmi 43-ə bərabər olub.

Çarəsiz vəziyyətdə qalan terror qruplaşması üzvləri təzyiq və zülmdən yaxa qurtarmaq üçün çarəni qaçmaqda tapıb. 2016-cı ildə 466, 2017-ci ildə 429 terrorçu təhlükəsizlik orqanlarına təslim olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...