İtaliyada hökümət böhranı: prezidentin istefası tələb edilir

İtaliyada hökümət böhranı:

İtaliyada "5 Ulduz" və "Liqa" partiyaları prezident Sercio Mattarellanın istefasını tələb edir.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mart ayında keçirilən seçkilərdən sonra baş nazir vəzifəsinə təyini gözlənilən və hökümət qurmaq vəzifəsi tapşırılan Cüzeppe Kontenin iqtisadiyyat naziri vəzifəsinə irəli sürdüyü namizəd veto ilə üzləşib. Bu namizəd avronun İtaliyada istifadəsinin əleyhinə mövqeyi ilə tanınan 81 yaşlı Paolo Savonadır. Hazırda hökümət qurma prosesi dayandırılıb və Cüzeppe Konte vəzifəsini icra etmir. Seçkilərdə üstünlük qazanan "5 Ulduz" və "Liqa" isə höküməti birgə qurmaq niyyətindədir. "5 Ulduz" və "Liqa"nın liderləri Luici Di Mario və Matteo Salvini prezident Mattarellanın istefasını tələb edir və növbədənkənar seçkilərin keçirilməsini istəyir.

Sercio Mattarella isə iqtisadçi Karlo Kottarellini proseslərə müvəqqəti rəhbərlik üçün çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...