Suriya müxalifəti Əsədə qarşı birləşdi

Suriya müxalifəti Əsədə qarşı birləşdi

Suriyada müxalif qruplaşmalar Bəşər Əsəd rejiminə qarşı birləşiblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, müxalif qruplar İdlib şəhərində “ Milli Liberallaşdırma Cəbhəsi” adı altında birləşdiklərini elan ediblər.
Yeni yaradılan ittifaqa “Feylaki- Dəməşq”, Nasir Ordusu, 1-ci və 2-ci Sahil Diviziyası, 2-ci Ordu, Elitalar ordusu, Seyyidüş-əl İslam Dareyya, Əl-Huriyyə,23-cü Firqə qruplaşmaları daxil olub.

Müxalif qruplar açıqlama verərək bildiriblər ki, yeni ittifaqı yaranmasında əsas məqsəd İdlib şəhərində Azad Suriya Ordusunu tək hakimiyyət altında birləşdirməkdir.

Qeyd edək ki, təxminən 30 min nəfər müxalifin birləşməsi ilə Əsəd rejiminə qarşı döyüşən ən böyük ittifaq yaradılmış oldu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...