İsrail İranı daxildən qarışdırmaq istəyir

İsrail İranı daxildən qarışdırmaq istəyir

Xəbər verdiyimiz kimi, ABŞ İranla nüvə anlaşmasından çıxıb. Bunun qarşılığında isə Tehran uranın zənginləşdirəcəyini bəyan edib. Maraqlıdır ki, bu bəyanatı prezident Həsən Ruhani deyil, ali dini lider Əli Xamaneyi səsləndirib.

Modern.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə bu cür münasibət bildirib.

“Bu o deməkdir ki, İranın mühafizəkar kəsimi Həsən Ruhani və onun komandasının xarici siyasətini uğursuz hesab edir və təşəbbüsü ələ alıblar. Ruhani çətin vəziyyətdədir, Amerikanın keçmiş prezidenti Barak Obama ilə imzaladığı saziş Donald Tramp tərəfindən zibil qutusuna atıldı. Bu da Həsən Ruhaninin İrandakı mövqelərini zəiflədib.
Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu indi də Avropa ölkələrini inandırmağa çalışır ki, İrana inanmaq olmaz. Onun Berlin, Paris və Londona turnesinin yeganə mövzusu İran idi. Avropa İttifaqı Amerikadan fərqli olaraq nüvə anlaşmasından çıxmaq istəmir. Buna baxmayaraq, Amerika sanksiyalarından ehtiyat edən Avropa şirkətləri bir-bir İranı tərk edirlər. Üstəgəl Əli Xamaneyinin sosial şəbəkədə yazdığı “İsrail adlı dövlət Yaxın Şərqdən yox olmalıdır” cümləsi Avropada narazılıq doğurub, Almaniyanın kansleri Angella Merkel da narazlığını ifadə edib”.

Bəs ABŞ və İsrail İranın daxilinə necə müdaxilə edəcək?!

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ və İsrail İranı içəridən qarışdırmaq üçün müxtəlif ssenarilərə əl atacaqlar.

“Məsələn Benyamin Netahyahu son videomüraciətində bildirib ki, iranlılar ağıllı insanlardır, təşəbbüskar və zəki düşüncəyə sahibdirlər, İranı tərk edib Qərbdə yaşadıqda elmdə və texnikada böyük naliyyətlər əldə edirlər. Netanyahu fikrini belə davam etdirir ki, İrandakı rejim bu xalqa layiq deyil, maliyyəni nüvə silahına və terrorçu təşkilatların silahlandırılmasına xərcləyir, halbuki, bu pulları ölkənin inkişafına yönəldə bilərdi. Netanyahu bu açıqlama ilə faktiki İran xalqını qiyama çağırır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...