Keçmiş xanımı azərbaycanlı milyarderi ifşa etdi: “O, məscidlərə turist kimi gedir, bircə dəfə də namaz qılmayıb”
Azərbaycanlı milyarder Fərhad Əhmədov keçmiş həyat yoldaşının “Nyu York Tayms” qəzetinə verdiyi müsahibəsində dediklərini təkzib edib.
Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bir qədər əvvəl Əhmədovun “Luna” adlı yaxtası London məhkəməsinin qərarıyla Dubayda həbs olunanda, milyarder qərarla razılaşmamış, yerli şəriət məhkəməsinə müraciət edəcəyini bildirmişdi.
Bundan sonra “Nyu York Tayms”a danışan xanım Əhmədova Fərhad Əhmədovun islamdan uzaq bir adam olduğunu, məscidlərə ancaq turist kimi getdiyini deyib. “O, hələ bircə dəfə də məscidə gedib namaz qılmayıb. Yəqin Azərbaycandan olduğu üçün özünü müsəlman hesab edir”.
Fərhad Əhmədov isə RBC-ya bildirib ki, bu deyilənlər yalandır. “Mənim dini görüşlərim haqda dedikləri növbəti hiyləgərlikdən başqa bir şey deyil. Görünür, o, məndən böyük pullar qoparmaq istəyir. 18 ildir ayrılmışıq, mənim sonrkı və gələcək həyatımdan danışmağa onun haqqı yoxdur”, - deyə bildirib.
746 dəfə oxundu