Tramp KXDR-a qarşı sanksiyaları dayandırdı

Tramp KXDR-a qarşı sanksiyaları dayandırdı

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreyaya qarşı 300 mövzuda sanksiya tətbiq edilməsini dayandırıb. Virtu8alaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.

“Mənim əlimdə 300 sanksiya var idi. Lakin onları irəli sürməmək qərarına gəldim. Çünki bu, apardığımız danışıqlara hörmətsizlik olardı. Amma biz sanksiyalar tətbiq etmək imkanımızı saxlayırıq.” – deyə Tramp bildirib.

O, həmçinin vurğulayıb ki, əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ Cənubi Koreya ilə hərbi təlimləri də dayandıracaq.

Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanması ilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
735 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...