Putinin sözçüsündən açıqlama: Rus qadınlar əcnəbi turistlərlə yata bilər

Putinin sözçüsündən açıqlama:

Putinin sözçüsündən açıqlama: Rus qadınlar əcnəbi turistlərlə yata bilər. Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı ilə bağlı əsas müzakirə mövzularından biri rus qadınların ölkəyə gələn turistlərlə birlikdə olub-olmamasıdı. Bu müzakirələrin başlamasına səbəb Komunist Partiyasının üzvü Tamara Pletnyova olub. 70 yaşlı siyasətçi və Ailə Komitəsinin üzvü bildirib ki, rus qadınların əcnəbilərdən hamilə qala biləcəyindən narahatdı.

Putinin sözçüsündən açıqlama:


Müzakirələr zamanı 1980-ci ildə keçirilən Moskva Yay Olimpiya Oyunları baş verən "Olimpiada uşaqları" olayları xatırladılır. 28 il öncə baş tutan yarışlara gələn idmançılar və turistlərin rus qadınlarla münasibətindən doğulan uşaqlar ölkədə ayrı-seçkiliyə məruz qalmışdı.

Putinin sözçüsündən açıqlama:


Bəzi qüvvələrin rus qadınları dünya çempionatı üçün gələn turistlərdən uzaq durmağa çağırarkən prezident Vladimir Putinin sözçüsü Dimitri Peskov da məsələyə münastbət bildirib: "Bu rus qadınların özlərinin verə biləcəyi bir qərardı. İstədiklərini edə bilərlər. Çünki onlar dünyanın ən yaxşı qadınlarıdı".

Tanınmış aparıcı Yelena Kanqa isə Tamara Pletnyovanın turistlərlə münasibətdən doğulan uşaqlarla bağlı açıqlamalarının əxlaqsızlıq olduğunu bildirib. Turistlərlə münasibətə qarşı kampaniyaya dəstək verənlərdən biri də "Çelsi"nin keçmiş ulduzu Yuri Jirkovun həyat yoldaşı İnna Jirkov olub. O, rus qadınlarının "əxlaqlı qadınlar" olduğunu və onsuz da rus kişilərdən başqasına baxmayacağını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...