“Audi” şirkətinin rəhbəri həbs olunub

“Audi” şirkətinin rəhbəri həbs olunub

Almaniyada dizel qalmaqalı ilə əlaqədar “Audi” avtokonserninin rəhbəri Rupert Ştadler saxlanılıb. Bu barədə “Süddautsche Zeitung” məlumat yayıb. Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu “dələduzluq” maddəsi ilə Ştadlerə qarşı cinayət işi açmışdı. Onun mənzilində axtarış aparılıb.

“Dizelqeyt” qalmaqalı 2015-ci ilin sonlarında ABŞ-da meydana gəlib. VW konserninə aid dizel mühərrikli avtomobillərdə ətraf-mühiti çirkləndirən qazlarla bağlı texniki baxış nəticələrini saxtalaşdırmağa imkan verən proqram təminatı aşkarlanıb.

Araşdırma dünyanın bir çox ölkələrində aprarılıb və şirkət 4,3 milyard dollar cərimə ödəməyə razılaşıb. Şirkətin ümumi itkiləri isə 25 milyard avro təşkil edir. Sonradan dələduzluq sxemində digər alman maşın istehsalçılarının da əlinin olduğu müəyyən edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...