Tereza Mey ölümlə hədələndi

Tereza Mey ölümlə hədələndi

Londonda terror aktı həyata keçirməyi planlaşdıran Naymur Zəkəriyə Rəhman məhkəmədə partlayış törətmək istədiyini bildirib.

Modern.az “The İndependent” nəşrinə istinadən xəbər verir ki, Rəhman həmçinin baş nazir Tereza Meyin başını kəsməyi planaşdırdığını da bəyan edib.
Onun sözlərinə görə mühafizəçidən canlı qalxan kimi istifadə etməyi hesaba qatan Rəhman bu vasitə ilə iqamətgaha daxil olmaq istəyirmiş. İqamətgaha daxil olandan sonra o, baş nazirin başını kəsməyi planlaşdırıb.

Nəşrin məlumatına görə partlayışın qarşısı Britaniya xüsusi xidmət orqanlarının əməkdaşının köməkliyi ilə alınıb. O, Rəhmana partladıcının saxta işə salma pultunu verib. Rəhman isə bunun əsal olduğunu düşünüb.
Məhkəmədə həmçinin ittiham olunun ilə özünü İŞID-ın əmiri kimi qələmə verən “Mİ-5”-in əməkdaşı ilə yazışması da oxunub. Bu yazışmada Rəhman öz planını ətraflı şəkildə izah edib.

Qeyd edək ki, hazırda məhkəmə işi gedən Naymur Zəkəriyə Rəhmanın Britaniya baş naziri Tereza Meyə suiqəsdinin qarşısı keçən il xüsusi xidmət orqanları tərəfindən alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...