Ermənistanda keçmiş deputatın evində axtarış aparılıb

Ermənistanda keçmiş deputatın evində axtarış aparılıb

Ermənistan parlamentinin keçmiş deputatı, Respublikaçılar Partiyasının üzvü Arakel Movsisyan iyunun 22-də sərbəst buraxılıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Aygök kəndinin icra nümayəndəsi Varujan Abramyan bildirib.

*** 10:45
Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş deputat Arakel Movsisyanın yaşadığı evdə axtarış aparıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, keçmiş hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının üzvü olub.

Məlumata görə, axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları A.Movsisyanı da özləri ilə aparıblar.
A.Movsisyan 1966-cı il avqustun 20-də Eçmiadzində anadan olub. 1992-1997-ci illərdə Xankəndi Pedaqoji İnstitutunun Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsil alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında iştirak edib. 2004, 2007 və 2011-ci illərdə Ermənistan parlamentinə deputat seçilib. Ermənistanın keçmiş prezdenti, 30 günlük baş nazir Serj Sarqsyanın Respublikaçılar Partiyasının üzvüdür.
O, qeyri-etik və harın davranışları ilə ad çıxarıb.
Qeyd edək ki, iyunun 19-da ölkə parlamenti Ermənistan müdafiə nazirinin keçmiş müavini, deputat Manvel Qriqoryanın tutulmasına razılıq verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...