Türkiyə şirkətlərinin borcu 245 milyardı keçdi

Türkiyə şirkətlərinin borcu 245 milyardı keçdi

Türkiyə şirkətlərinin xarici borcu 245,2 milyard dollara çatıb.

Axar.az xəbər verir ki, şirkətlərin ümumi borcunun 225,1 milyard dolları uzun müddətli kreditlər, 20,1 milyard dollarını isə qısa müddətli kreditlər təşkil edib.

Ölkənin şirkətlərinin iyul ayında ödəməli olduğu kredit borcu 6,6 milyard dollar olacaq. 2019-cu ilin aprelinə qədər qapadılması gərəkən kredit borcu 70,3 milyard dollar təşkil edəcək.

Türk şirkətlərinin ən çox kredit borcu Avropa və Fars körfəzi ölkələrinədir. Belə ki, şirkətlərin Britaniyaya 33,9 milyard dollar, Almaniyaya 25,1 milyard dollar, ABŞ-a 20,8 milyard dollar, Niderlanda 20,2 milyard dollar, Bəhreynə 11,2 milyard dollar borcu var. Türk şirkətlərinin borclandığı bölgələr sırasında Kayman adaları da (5 milyard dollar) yer alır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...