Sarkisyanın qardaşı oğlu həbs ediləcək — Qətl ittihamı

Sarkisyanın qardaşı oğlu həbs ediləcək —

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlu qətldə ittiham edilir.
“Ölkə.Az” xəbər verir ki, incident 2007-ci ildə baş versə də, detalları bu gün məlum olub. Məlum olub ki, 2007-ci ilin 1 aprel tarixində Yerevan şəhərində 1984-cü il tarixli David Simonyan adlı şəxs xəstəxanaya ağır yaralı şəkildə gətirilib. O, odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Eyni gündə isə Qevondyan adlı şəxs polisə tapanca təhvil verərək təsadüfən dostunu güllələdiyini bildirib. Amma sonradan məlum olub ki, cinayəti Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan törədib. Aykın məqsədi Davidi öldürmək olub. Hazırda cinayət işi yenidən qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
783 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...